Azərbaycanın sabiq Baş Prokuroru vəfat edib

Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru İxtiyar Şirin vəfat edib.

Bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkədə məlumat verib.

“Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru, İstiqlalçı Millət Vəkili, Azərbaycan Milli Konqres Partiyasının sədri İxtiyar Şirinin vəfatı ilə bağlı mərhumun yaxınlarına, dostlarına və partiyadaşlarına özüm və Azərbaycan Xalq Partiyası adından başsağlığı verirəm” – deyə partiya sədri qeyd edib.

İ.Şirin 1992-93-cü illərdə Baş Prokuror postunu tutub.

Əvvəlki məqalə

“Bu aqressiv cəhdlər Rusiyanı laxlatmağa hesablanıb”-

Sonrakı məqalə

Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul etdi