Azərbaycanlı gənc İstanbulda faciəvi şəkildə ölüb

İstanbulda azərbaycanlı gənc bədbəxt hadisənin qurbanı olub.

16 yaşlı Həmzə Ələddin oğlu Həmzəyev motosiklet qəzasında dünyasını dəyişib.

Belə ki, H.Həmzəyev yaxın qohumuna məxsus motosikleti idarə etmək istəyib. Bu zaman nəqliyyat vasitəsinin sürəti artaraq idarəetmədən çıxıb. 100 metrədək hərəkət edən motosiklet maneyə çırpılıb. Nəticədə o yıxılaraq ağır xəsarət alıb və hadisə yerində ölüb.

Həmzə Həmzəyevin cənazəsi dünən yaxınlarının yaşadığı Naxçıvan MR-in Sədərək qəsəbəsinə gətirilərək dəfn edilib(Qafqazinfo).

Əvvəlki məqalə

Aygün Bəylərin cənazəsini Bakıya gətirəcək təyyarə yola düşür

Sonrakı məqalə

Bu il Novruz çərşənbələri bu tarixdən başlayacaq