“Azad edilmiş 9 rayonun 124 yaşayış məntəqəsində əmlakın ilkin inventarlaşdırılması yekunlaşıb”

15 Mart 2021 - 16:08

“İşğaldan azad edilmiş 9 rayon üzrə 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir: “Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma aparılacaq”.