Azərbaycan Serbiyanı Rusiyanın enerji asılılığından xilas edir

Azərbaycan daha bir Avropa dövlətini Rusiyanın enerji asılılığından xilas edir.
Prezident İlham Əliyev bu gün Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib.
Bu kəmər Belqrada Azərbaycan qazını gətirəcək.
Serbiya bununla öz enerji yolunu diversifikasiya edir və Rusiyadan aslılığını azaldır.
Serbiya 2024-cü ildə Azərbaycandan 400 milyon kubmetr qaz alacaq. Bu barədə noyabr ayında saziş imzalanıb.
Kəmər Serbiyaya ölkəsinin qaza olan illik tələbatının 60 faizini ödəməyə imkan verəcək. Kəmərin buraxılış gücü ildə 1,8 milyard kubmetrdir.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru Avropa Birliyinin prioriteti olub. Avropa Komissiyası bu qovşağın tikilməsinə 49 milyon avro ayırıb. Bundan başqa Avropa İnvestisiya Bankı tərəfindən əlavə olaraq daha 25 milyon avro kredit şəklində verilib.
Serbiya Azərbaycanın qaz ixrac etdiyi doqquzuncu ölkə oldu. Qaz ixrac etdiyimiz 9 ölkənin yeddisi Avropa dövlətidir.
Bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başlayıb.
X.SƏFƏROĞLU

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.