“Azərbaycana verdiyimiz dəstəklə işğala son qoyulub“ –ÇAVUŞOĞLU

“Aktiv siyasətimiz türk dünyasında da dəyişikliyi başladıb”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Cənubi Qafqazda Azərbaycana verdikləri dəstəklə 30 ildir davam edən haqsız işğala son qoyulub: “Prezidentlərimizin imzaladığı Şuşa bəyannaməsi ilə Azərbaycanla əlaqələrimiz müttəfiqliyə yüksəldi. İşğaldan azad edilən torpaqların bərpasını görürük. Hava limanlarının açılması sayəsində bu torpaqların dünya ilə əlaqəsi quruldu. Biz o torpaqlara universitetlərdə olan diplomatlarımızı da göndərdik ki, onlar da tarixə şahidlik etsinlər”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.