Bəhram Bağırzadə karantindən şikayətlənib:

""Tarqovıy"sız yaşaya bilmərəm"
22 Aprel 2020 - 11:21

Əməkdar artist Bəhram Bağırzadə karantin günlərindən şikayətlənib.

Aktyor İnstaqramda canlı yayımda ən çox darıxdığı amilləri sadalayıb. O bildirib ki, uzun müddətdir atasının məzarını ziyarət edə bilmir: “Rəhmətlik atamın qəbrini ziyarət etmək istəyirəm, amma edə bilmirəm. Tarqovusuz yaşaya bilmərəm. Hər gün çıxıb orada gəzirdim. İndi istəyirəm ki, karantin tez bitsin, mən də gedim gəzim”. (Axsam.az)