Bəxtiyar Hacıyevin plakatları belə qopub

- VİDEO
06 Fevral 2020 - 16:56

Deputatlığa namizəd Bəxtiyar Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının qoparılmasının görüntüləri yayılıb.

“Report” həmin videogörüntünü tədim edir.

Qeyd edək ki, deputatlığa namizəd B.Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının qoparılması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) müraciət daxil olub. BŞBPİ müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçirilib. Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub.