Bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək

2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.

Bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: “Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir”.

Əvvəlki məqalə

Quba və Qusara qar yağıb, 9 dərəcə şaxta olub

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri