Bələdiyyəyə namizədlər üçün bu KİV-lərdə pulsuz efir və yazıya yer ayrılacaq –SİYAHI

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Qeyd edilib ki, 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

– İctimai Televiziya və Radio Yayımları Şirkəti;
– “Azərbaycan” qəzeti;
– “Xalq qəzeti”;
– “Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

REAL-ın Məclis sədri partiyadan istefa verdi

Sonrakı məqalə

“İlqar Məmmədov ReAL-ı Kommunist Partiyasına çevirmək istəyir” –