Bəxtiyar Hacıyev Şuşaya bilet ala bildi –"Axır ki, avtobusa mindim" (FOTO)

İctimai fəal Bəxtiyar Hacıyev uzun müddətli cəhdlərdən sonra Şuşaya səfərə gedib.

Bu barədə o öz feysbuk səhifəsində yazıb.

O vurğulayıb ki, daha əvvəl də Şuşaya bilet almaq istəsə də, buna müvəffəq olmayıb: “Axır ki, Şuşa avtobusuna mindim. Bir neçə aylıq əziyyətdən sonra bilet satışı günü və saatını gözlədim, xeyli çətinliklə də olsa, bilet aldım”.

Qeyd edək ki, ictimai fəal bir neçə dəfə sosial şəbəkədə  Şuşaya bilet ala bilmədiyindən şikayət edib.

Əvvəlki məqalə

Tərtərdə evdə neftdən benzin düzəldən dəstə aşkarlanıb –

Sonrakı məqalə

Tokayev prezidentlik müddətini qısaldır, yeni seçkiyə gedir