“Babək Səmidlinin səs yazısı ordumuza kölgə salmaq məqsədi daşıyır” –ƏLİ HÜSEYNLİ

“Babək Səmidlinin səs yazısı iddiadır, yayılıb. Bu, Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri ilə birgə iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri hesab edir ki, səsin yayılması ordumuza kölgə salmaq məqsədi daşıyır: “Bu gün ordu quruculuğunda çox mühüm işlər görülür. Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmayan səs yazısına nə reaksiya verilməlidir? Ordunun təminatı, təchizatı göz qarşısındadır. Hesab edirəm ki, səsin yayılmasının məqsədi ordumuzun işinə kölgə salmaqdır”.

Qeyd edək ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, bu yaxınlarda bizim Ordunun ikinci korpusunun rəhmətə getmiş korpus komandirinin müavini Babək Səmidlinin səs yazısı yayıldı: “O öz səs yazısında deyirdi ki, müharibə dövründə bizim əsgərlərimizin 40 faizi qoruyucu gödəkçələrlə təmin olunmayıb. Sosial şəbəkələrdə bu xeyli vaxtıdır müzakirə mövzusudur. Əvvəla buna aydınlıq gətirilməlidir ki, bu Babək Səmədlinin öz səsidir ya yox. Öz səsidirsə, buna aydınlıq gətirilməlidir ki, niyə bu belədir. Ona görə mən hesab edirəm ki, orduya ayrılan vəsait artırılmalıdır”. (APA)

Əvvəlki məqalə

“Vaşinqton istəsə, Ukraynadakı münaqişəni bir anda dayandıra bilər”.

Sonrakı məqalə

16-20 noyabrda məktəblərdə payız tətili olacaq