Bakı Baş Gömrük İdarəsinə müvəqqəti rəhbər təyin olunub –FOTO

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni əmr imzalayıb. 

Əmrə əsasən Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.(Unikal)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.