Bakı Rusiyanın sülhməramlıların müddətini uzatmaq təklifini rədd edib

Azərbaycan Soçidə Rusiyanın təklif etdiyi Qarabağda sülhməramlı kontingentin qalma müddətini uzadılması barədə təklifini rədd edib. 

Azpost.info bildirir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Soçidə Rusiya münaqişənin həlli üçün  tərəflərə 15 bənddən ibarət sənəd təklif edib. Bu 15 bəndin 14-ü hər iki tərəf üçün problemli sayılıb.

“14-cü maddə Qarabağda sülhməramlıların vaxtının uzadılması barədə olub. Azərbaycan bunun əleyhinə çıxıb. 15-ci maddə isə Qarabağın öz müqəddəratını təyin etməsi ilə bağlı olub. Azərbaycan bu təklifi də rədd edib”, –  qəzet bildirib.

Qəzet yazır ki, Ermənistanın hakim “Vətədanş sazişi” partiyasından olan bəzi deputatların Rusiyanın 15 maddəlik bu sənədindən xəbərləri olub.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbyacan və Ermənistan liderlərinin üçtərəfli görüşü olub. Müzakirələrdən sonra tərəflər birgə Bəyanatla çıxış ediblər.

Rusiya prezidenti görüşü faydalı adlandırsa da, bütün məsələləri razılaşdıra bilmədiklərini etiraf edib.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı

Sonrakı məqalə

Sabah Brüsseldə Bakı və İrəvanın delimitasiya komissiyasının iclası keçiriləcək