Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın olması barədə məlumat daxil olub.
FHN-nin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Bakı Sağlamlıq Mərkəzində baş verən yanğınla əlaqədar pasiyentlər və işçilər təxliyə olunublar.
APA bildirir ki, yanğınla əlaqədar binaya elektirik verilişi dayandırılıb.
Hazırda ağır xəstəliyi olan pasiyentlər müxtəlif özəl klinikalara yerləşdirilir.
Hadisə ilə bağlı FHN ikinci dərəcəli çağırış elan edib.
Əraziyə 10-a yaxın yanğınsöndürən avtomobil cəlb olunub.