Bakı, Sumqayıt və Abşeronda 5-9-cu siniflər üçün dərslər fevralın 15-də bərpa olunacaq
Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslərin bərpa olunacağı tarix açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla dərslər ənənəvi formada bərpa olunacaq.
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...