Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən “Frod Tranzit” markalı mikroavtobus beton arakəsməyə çırpılıb.
Qəza nəticəsində xəstəxanaya aparılan daha bir nəfər ölüb.
Ölən şəxsin 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızıdır.
Beləliklə həlak olanların sayı 2-yə çatıb.
Xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilmişdi.
İlkin ehtimala görə, qəzaya sürücünün yuxulaması səbəb olub.