Bakı-Sumqayıt yolunda qəza olub, 8 nəfər xəsarət alıb- DYP məlumat yaydı

DİN-in Baş Dövlət Yol Polis İdarəsi Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumata görə, bu gün saat 10:00 radələrində Bakı-Sumqayıt yolunun 11-ci km-də yolun hərəkət hissəsində dayanan “Opel” markalı 90-VV-419 nömrə nişanlı avtomobillə nəqliyyat vasitələrini sağdan ötməyə çalışan “Ravon” markalı 77-DA-091 nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib və 1 nəfər (“Opel” markalı avtomobilin sürücüsü F.Azadov) xəsarət alıb.

Hər iki sürücünün taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Əvvəlki məqalə

Şuşa və Suqovuşana səfərlərlə bağlı təhlükəsizlik tədbirləri görülür

Sonrakı məqalə

“Zəfər Seçkisi”ni  zəruri edən səbəblər nə oldu?