“Rusiya Ermənistan-Azərbaycan təmas xəttindən gələn həyəcanlı xəbərlər fonunda Bakı və İrəvanı təmkinli olmağa çağırır”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Hər iki tərəfi təmkinli olmağa, qarşı tərəfin təxribat hesab edə biləcəyi hərəkətlərdən hər şəkildə çəkinməyə çağırırıq. Biz bunu çox diqqətlə izləyəcəyik”, – Peskov bildirib.
Onun sözlərinə görə, belə hadisələr, ən azı, danışıqlar prosesinin irəliləməsinə və sülh müqaviləsinin imzalanması anının yaxınlaşmasına kömək etmir. “Ancaq ümid edirik ki, bu proses davam edəcək”, – Peskov qeyd edib.
Azpost.info