“Bakı və İrəvan arasında sülh sazişi hələlik yoxdur” –PUTİN

“Bakı və İrəvan arasında sülh sazişi hələlik yoxdur”

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Soçi görüşünün yekunları barədə açıqlama verərkən bildirib.

“Hələlik bu sənədin əsas tərkib hissələri barədə danışmaq tezdir. Çünki bütün bunlar vasitəçilik səyləri ilə əldə ediləcək güzəştlərin predmetidir”-deyə prezident vurğulayıb.

Putin qeyd edib ki, əsas məsələ sərhədlərin delimitasiya və demarkasiyasıdır: “Biz bu gün bu barədə çox danışıdıq. Ümumi olaraq yolun tapılması üçün bəzi ilkin şərtlər var. Biz Sovet ordusunun əlimizdə olan xəritələrini təqdim etəməyə hazırıq. Bunlar ən dəqiq xəritələrdir. Biz bu baza üzərində tərəflərlə müzakirə apararaq irəli getməyə hazırıq. Biz razılaşdıq ki, bu təmaslar, danışıqlar və məsləhətləşmələr davam edəcək”.

Azpost.info

 

Əvvəlki məqalə

Soçidə sülhməramlıların mandatı məsələsi müzakirə olunub –

Sonrakı məqalə

“Avropa Rusiyanı İrəvan və Bakı arasında tənzimləmə prosesindən çıxara bilməyəcək”-