Bakıda 13 yaşlı qız ana olub

Bakıda 13 yaşlı qız ana olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib: “Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır. 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir”.

Mərkəz rəhbəri onu da qeyd edib ki, qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib.

Əvvəlki məqalə

ABŞ Dövlət Departamenti separatçı Babayanın səfərinə münasibət bildirib

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri