56 nömrəli marşrut avtobusuna hücum edənlər polis tərəfindən saxlanılıb

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.

AYNA-dan verilən məlumata görə, bu işlər çərçivəsində Bayıl yaşayış sahəsini Səbail rayonunun Salman Mümtaz küçəsi ilə əlaqələndirən 56 nömrəli şəhərdaxili marşrutu da müsabiqəyə təqdim olunub və sentyabrın 5-də qalib elan olunub.

Beləliklə, sərnişinlərin ixtiyarına müasir və komfortlu avtobuslar verilib. Lakin xəttə buraxılan yeni avtobuslara xəttin köhnə istismarçısı tərəfindən hücum edilib və nəqliyyat vasitələrinə zərər yetirilərək mürşrutun fəaliyyətinə əngəl törədilib.

Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanları tərəfindən izahatları alınıb. Müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, zərər yetirilən avtobuslar təmir edilərək xəttə qaytarılıb və hazırda sərnişinlərin xidmətinə verilib.

Əvvəlki məqalə

Baş Prokurorluq vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

Sonrakı məqalə

Fransanın PUA üçün istehsal etdiyi avadanlıqlar Ermənistana ayrılır