Bakıda iki yeniyetmə qız özünü binadan atıb

09 Mart 2021 - 17:13

Bakıda dəhşətli hadisə baş verib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.