Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək

Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda dekabrın 10-11-də bu ölkənin Kino Günləri keçiriləcək.

Səfirlikdən Azpost.info saytına bildiriblər ki, Bakı tamaşaçılarına “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq.

Filmləri “Kenje Kiz” cizgi filminin rejissoru İvan Ardaşov və “Alga” filminin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcək. Giriş sərbəstdir. Azpost.info

Əvvəlki məqalə

“Putin Oqaryovoda və ya Soçidə avtomobili özü idarə edir”

Sonrakı məqalə

Şoyqu Donbasda hansı ərazilərin Rusiya ordusunun nəzarətinə keçdiyini açıqladı