Bakıda sərnişin metroda öldü

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşdiyi üçün maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

Bu barədə Bakı metropoliteni məlumat yayıb.

Bildirilib ki. dispetçerin müvafiq tapşırığına uyğun olaraq “Qara Qarayev” stansiyasında sərnişin qarşılanıb:

“Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib”.

Əvvəlki məqalə

Su sayğacları ilə bağlı əhaliyə çağırış edildi

Sonrakı məqalə

“Ukrayna ağılasığmaz vəhşilik etdi, bütün razılaşmalar sual altına düşdü”