Bakıda sexdə yanğında ölənlərin sayı 6 nəfərə çatıb –YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Baş Prokurorluğun Mətbuat xidmətində APA-nın sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

**

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib.

Onun sözlərinə görə, dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb.

Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Baş Prokurorluğun əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunublar. Aparılan ilkin təxirəsalınmaz tədbirlər nəticəsində yanğının məhdudlaşdırılması mümkün olub. İlkin məlumata əsasən, baş vermiş partlayış nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin aparılmış axtarış-xilasetmə işləri nəticəsində 5 nəfərin meyiti hadisə yerində aşkar olunub.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3 və 314.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Qeyd olunub ki, Baş Prokurorluğun, həmçinin Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb. İbtidai istintaqın aparılması Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinə həvalə edilib. Hadisənin baş vermə səbəbləri, dəymiş ziyanın miqdarı, həmçinin diigər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə müvafiq ekspedisiyalar təyin olunub. Hazırda cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Hazırda həyatını itirən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.