Bakıda yarım milyon qiyməti olan “Mercedes Maybach” qəza törədib-FOTO

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

Qəza Yusif Səfərov küçəsində qeydə alınıb.

“Mercedes Maybach” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan “Leap Motors C11” markalı maşına çırpılıb.

Zərbənin təsirindən “Maybach” deformasiyaya uğrayıb, “Leap Motors”da olan sərnişin xanım xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

“Maybach” markalı maşının sürücüsü alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparılıb.

Hazırda fakt araşdırılır. (APA)

Əvvəlki məqalə

ABŞ Fələstinin BMT-yə qəbulu ilə bağlı qətnaməni bloklayıb

Sonrakı məqalə

İsfahan üzərində İsrail PUA-ları vurulub, Təbrizdə partlayış səsi eşidilib –