Bakıda yeni parklanma məntəqələri yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb.

Agentliyin məlumatına görə, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.

“Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir” – deyə agentlik bəyan edib.

Əvvəlki məqalə

Bakıda avtomobilin qatara çırpılması nəticəsində xəsarət alanların vəziyyət açıqlanıb

Sonrakı məqalə

Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür