“Bakıdayam…Radikalların hücumu barbarcasınadır” –Britaniyadakı səfir Elin Süleymanov

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter“ hesabındakı paylaşımında belə qeyd edib.

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır. Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər”, – deyə səfir qeyd edib.

Əvvəlki məqalə

Yasir əl-Həbib tərəfdarları Azərbaycan səfirliyinə niyə hücum edib? –

Sonrakı məqalə

“Azərbaycanlı diplomatlar təhdid altında fəaliyyətlərini davam etdirir” –