Barak Obamanın yayda oxumaq üçün tövsiyə etdiyi 11 kitab –SİYAHI

ABŞ-ın keçmiş prezidenti Barak Obama bu yay üçün qiraət siyahısını yayıb.

Obama Ağ Evdə çalışdığı zamanlardan bəri hər yay kitab tövsiyələrini bölüşməyi
ənənəyə çevirib. O, bir neçə media platformasında belə yazıb:
“Hələ Ağ Evdə olduğumuz zaman yay favoritlərimi paylaşmağa başlamışdım. İndi
bu mənim sizin hamınızla həvəslə paylaşdığım kiçik bir ənənəyə çevrilib.

Beləliklə, bu ilin tövsiyələri. Ümid edirəm siz də onları mənim qədər
bəyənərsiniz”.

Obamanın bu yay oxunmasını məsləhət bildiyi 11 kitab bunlardır:

David Diop, “At Night All Blood Is Black” (“Gecə hamı mısmırıqlı olur”).
Bu tarixi bədii roman I Dünya Savaşında Fransanın tərəfində vuruşmalı olan bir
seneqallı əsgərin kədərli hekayətidir. Roman fransızca yazılıb və sonradan Anna
Moskovakis onu ingilis dilinə çevirib.

Te-Ping Chen, “Land of Big Numbers” (“Böyük ədədlər diyarı”) .
Bu 10 hissəli topluda Çində və xaricdə yaşayan çinlilərin bir-birindən fərqli həyatı
qısa hekayələrdə cəmləşib. Kolleksiya “The Wall Street Journal”ın keçmiş Pekin
müxbiri Te-Pinq Çenin debütüdür.

Patrick Radden Keefe, “Empire Of Pain” (“Ağrı imperiyası”).
“The New York Times”ın bestseller siyahısına düşmüş bu kitab Sakler ailəsinin üç
nəslinin həyatı haqqındadır. Saklerlər “Purdue Pharma” əczaçılıq şirkətinin
təməlini qoyan amerikalı ailədir.
Andy Weir, “Project Hail Mary” (“Heyl Meri layihəsi”).
“The Martian” (“Marslı”) romanının son elmi-fantastik davamı bu kitab oxucunu
orta məktəb müəllimliyi edən bir bioloqun missiyasına səyahətə aparır. Missiya isə
Yer kürəsini dağılmaqdan xilas etməkdir.
Benjamín Labatut, “When We Cease to Understand the World” (“Biz daha
dünyanı anlamayanda”).

Bu kitab Albert Eynşteyn, Fritz Haber və Aleksander Grotendik kimi dünyanı
dəyişmiş böyük alim və riyaziyyatçıların hekayələrini nəql edir.
Elizabeth Kolbert, “Under a White Sky: The Nature of the Future” (“Bəyaz
səma altında: gələcəyin təbiəti”).
Pulitzer mükafatı laureatı Elizabet Kolbert bu kitabda bəşəriyyətin Yer planetinə
təsirini araşdırır və təbiətin necə xilas edilə biləcəyi haqda ciddi suallar ortaya
qoyur.
Eric Nguyen, “Things We Lost to the Water” (“Suya təslim etdiyimiz şeylər”).
Nquyenin bu debüt romanı ərini Vyetnamda qoyaraq iki övladı ilə Yeni Orleana
köçmüş vyetnamlı mühacirin həyatı haqqındadır.
Rumaan Alam, “Leave the World Behind” (“Dünyanı arxada qoy”).
Bu roman fəlakət kontekstində tanış olan, biri ağ, digəri qaradərili iki ailə
haqqındadır. Romanın əsas mövzuları irq, sinif və ailə məsələləridir.
Kazuo Ishiguro, “Klara and the Sun” (“Klara və günəş”).
“Klara and the Sun” süni zəka dünyasına “süni dostun” gözü ilə baxır. Klara adlı
bu “süni dost bir dükanın vitrinində oturub bir gün bir müştərinin onu seçəcəyini
gözləyir. Kitabın müəllifi İşiquro 2017-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı
alıb.
Nathan Harris, “The Sweetness of Water” (“Suyun şirinliyi”).
Bu tarixi roman vətəndaş savaşının sonlarında Amerikadakı həyatın detallarını əks
etdirir.

Katie Kitamura, “Intimacies” (“Yaxınlıqlar”). Bu roman həyatında yeni yol tapmağa çalışan, Haaqaya gedərək Beynəlxalq Cinayət Məhkəməsində tərcüməçi çalışmağa başlayan bir qadın haqqındadır. Romanın qəhrəmanı tərcüməçilik etdiyi zaman dünyanın fərqli yerlərində yaşayan insanların həyat hekayələri ilə tanış olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aazad edilmiş ərazilərin bərpası ilə bağlı yekun layihə hökumətə təqdim olunub

Sonrakı məqalə

“Azərbaycanın Şimali Kiprə yüksək səviyyəli səfərlərinin təşkilində iştirak edəcəyik” –