Əfv Komissiyasının növbəti iclası keçirilib –

100-dən artıq müraciətə baxılıb (YENİLƏNİB)
19 Fevral 2021 - 19:20

zərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib. 

O bildirib ki, komissiya tam tərkibdə olub: “Bundan əlavə, iclasda Baş Prokuror, Ali Məhkəmənin sədri və Ombsudman da iştirak edib. Komissiyanın işi məhsuldar oldu. 100-dən artıq müraciətə baxıldı. Bu müraciətlər əsasən əcnəbilər və hərbi qulluqçularla bağlı müraciətlər idi. Hər müraciət ətrafında xeyli müzakirələr aparıldı. Əvvələr  komissiyada Ali Məhkəmənin və Baş Prokurorluğun məhkumlarla bağlı rəyi olurdusa, indi artıq Prezident Admirstrasiyasının şöbələrinin və digər hüquq-mühafizə orqanlarının rəyi də bildirilib. Bu baxımdan hər bir müraciətə ətraflı yanaşmaq, eyni zamanda komissiyanın hər bir üzvünün fikrini öyrənmək baxımından münbit bir şərait yaranıb. Komissiya bu templə işləsə, Novruz bayramına qədər bütün hazır müraciətlərə baxılması mümkün olacaq. Tam siyahı ölkə Prezidentinə təqdim olunacaq”.

**

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə növbəti iclası başlayıb.

Baş Prokuror Kamran Əliyev Əfv Komissiyasının iclasına qatılıb.

Baş prokuror, Ali Məhkəmənin sədri və İnsan Hüquqları üzrə Müvəkkili (Omdusman) komissiyanın üzvü olmasalar da, iclaslarda iştiraka dəvət olunurlar.

Bugünkü iclasda Baş Prokuror Kamran Əliyev iştirak edərək, bəzi məsələlərə münasibət bildirib.

İclas davam edir.