Baş Prokurorluq vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər 2024-cü il oktyabrın 15-i saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını, tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim edilən vakant vəzifələr barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshVezElanDetails?ElanID=550&TeshKodu=121&VakKodu=141386 məlumat əldə edə bilərsiniz.

Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunan vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.