Baydenə etimad ən aşağı səviyyəyə düşüb –"Röyter"in rəy sorğusu

ABŞ prezidenti Co Baydenin populyarlığı bu ay prezidentliyinin ən aşağı səviyyəsinə çatıb. 

Azpost.info bildirir ki, bu barədə Reuters-in keçirdiyi yeni sorğunun nəticələrində deyilir.

Bazar günü başa çatan üç günlük sorğunun nəticələrinə görə, respondentlərin 40%-i Baydenin prezident kimi fəaliyyətini bəyənir.

Baydenin 2024-cü ilin noyabrında Respublikaçılar Partiyasının namizədliyinə iddialı keçmiş prezident Donald Trampla revanş qarşılaşması gözlənilir. Son sorğular bu iki nəfər arasında potensial yarışın gedəcəyini göstərir.

Sorğu nəticəsində məlum olub ki, amerikalılar iqtisadiyyat, cinayət və immiqrasiyanı ölkənin üzləşdiyi ən böyük problem kimi görürlər.  Tramp və digər respublikaçılar Baydeni bu problemlərə görə tənqid edirlər.

Respondentlərin 19 faizi əsas problem kimi iqtisadiyyatı, 11 faizi immiqrasiyanı, 10 faizi isə cinayəti qeyd edib.

Baydenin reytinqi 2021-ci ilin avqustundan bəri 50%-dən aşağı olub. Bu göstərici onun prezidentliyinin ən aşağı səviyyəsinə – 2022-ci ilin ortalarında görülən 36%-ə yaxınlaşıb.

Reuters-in sorğusu 1017 nəfər arasında aparılıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanlı milyarderin atası vəfat edib

Sonrakı məqalə

Rumıniyada qızılca epidemiya elan edilib