“Bayden altı yaşlı uşaq ağılındadır” –Tramp

“Co Bayden altı yaşlı uşaq ağılındadır”.

Bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşü zamanı bildirib.

Siyasətçinin sözlərinə görə, dünya Baydenə gülür: “Mən Baydenin bu yaşında ondan daha ağıllı olan altı yaşlı uşaqlarla rastlaşmışam”.

Siyasətçi Co Baydeni korrupsioner və səriştəsiz adlandırıb.

Keçmiş prezident deyib ki, Çin və Rusiya rəhbərliyi ABŞ-nin başına gələnlərə inana bilmir.

“Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır”, – deyə Tramp narazılığını bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.