“Co Bayden administrasiyasının siyasəti Rusiya ilə Çin arasında yaxınlaşmaya səbəb olub”.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Bloomberg”ə bildirib.
“Bayden Rusiya və Çini “evlənməyə” məcbur etdi. Onlar artıq bir ailədir”, – Tramp deyib.
Tramp həmçinin qeyd edib ki, dünyada yeni qlobal münaqişə təhlükəsi yenidən yaranıb və üçüncü dünya müharibəsinin başlanması riski var.
Azpost.info