“Bayram günlərində yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlı olacaq”. Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir əvəzi Teymur Musayev deyib. O bildirib ki, əlavə heç bir məhdudiyyət tətbiq olunmayacaq: “Nazirlər Kabinetinin bu qərarını xatırlatmaq istədim. Hər birinizdən vaksinasiyaya qoşularaq, ölkəmizi, yaxınlarımızı, normal həyata qaytarmağı xahiş edirəm”.