Yanvarın 18-də BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev vəfat edib.
Bu barədə sosial şəbəkədə mərhumun yaxınları bildirib.
Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub.
O, 2005-2022-ci illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, 2012-2016-cı illərdə fakültənin dekanı vəzifələrində çalışıb.
Ş.Vəliyev milli mətbuat tarixi sahəsinin, xüsusilə “Füyuzat” ədəbi məktəbinin araşdırılmasında böyük xidmətləri olub. Bu sahədə nəşr olunmuş bir sıra tədqiqatların, əsərlərin müəllifidr.
Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.
Allah rəhmət etsin!
Allah rəhmət eləsin!