2022-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 3512,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2606,6 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 74,2 faizini təşkil edib. Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 349,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 54,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.