Beş ayda ölkədə 220 min ton ət istehsal edilib

Cari ilin yanvar-may aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3 faiz artaraq 220,1 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin dövrdə süd istehsalı 1,9 faiz artaraq 890,9 min ton, yumurta istehsalı 3 faiz artaraq 824,8 milyon ədəd, barama istehsalı 2,9 dəfə artaraq 32,7 ton, yun istehsalı 2,2 faiz azalaraq 12 min ton olub.

Ümumilikdə isə 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı 5,1 faiz artıb.

Əvvəlki məqalə

Azərbaycanda ilk dəfə Gilas festivalı keçiriləcək

Sonrakı məqalə

Çay idxalı artıb