Dekabrın 9-da gecə saatlarında Biləcəri qəsəbəsi ərazisində bir nəfərin 800 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Azpost.info bildirir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.Cəfərov saxlanılıb.