Bill Qeyts peyvənd üçün ikiqat dozanın vacib olduğunu bildirdi –"Bir doza ilə müsbət təsir olmayacaq"

“İnsanların koronavirusdan sağalması üçün daha çox dozada COVID-19 peyvəndinə ehtiyacı ola bilər”.

RİA Novosti xəbər verir ki, bu barədə “CBS News”a açıqlamasında “Microsoft”un qurucusu Bill Qeyts bildirib.

Onun sözlərinə görə, bir insanın koronavirusdan sağlaması üçün bir deyil, iki doza peyvənd qəbul etməsi lazım olacaq: “Bu anda, vaksinlərin heç birinin bir doza ilə müsbət təsirindən danışmaq düzgün olmaz. Əvvəllər buna ümid edilirdi”.

“Yalnız iki dəfəyə doza qəbulu ilə müalicənin effektiv olacağına ümid edirik. Yaşlı insanlarda bəzən iki dəfədən də çox doza lazım olacaq” – deyə, “Microsoft” rəhbəri əlavə edib.

Qeyd edək ki, Bill Qeytsin rəhbərlik etdiyi “Bill & Melinda Geyts” Fondu koronavirus əleyhinə peyvəndin hazırlanması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 300 milyon dollar ayırıb.

ÜST-nin ikinci ən böyük donoru olan bu fond 2018-2019-cu illərdə öz büdcəsinin 9,76% -ni səhiyyə qurumuna köçürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada 15 milyondan çox insan koronavirusa yoluxub

Sonrakı məqalə

Ağdamın işğalından 27 il ötür