Biləcəridə vətəndaşdan 800 manatı və telefonu zorla alan quldur saxlanılıb

Dekabrın 9-da gecə saatlarında Biləcəri qəsəbəsi ərazisində bir nəfərin 800 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Azpost.info bildirir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.Cəfərov saxlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.