Binəqədi və Abşeronun 4 min hektara qədər torpağı Sumqayıta verilir

Sumqayıt şəhərinə Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahələri verilir.

Bu,bu gün Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir. (APA)

Əvvəlki məqalə

Bu il 1367 Azərbaycan vətəndaşı könüllü olaraq ölkəyə qayıdıb

Sonrakı məqalə

Estoniyanın müdafiə naziri Kiyevə gəlib