Binəqədidə “narkotik əməliyyatı”saxlanılanlar var (FOTO)

Binəqədi Rayon İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçiribIər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər zamanı əvvəllər məhkum olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə saxlanılıb. Onda 1 lüləsi kəsilmiş odlu silah və 4 patron aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının aprel ayı ərzində keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq 7 odlu silah, o cümlədən 5 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 187 patron polis əməkdaşlarına təhvil verilib.

Əvvəlki məqalə

Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Sonrakı məqalə

Elektron Təhlükəsizlik Xidmətinə xidməti avtomobillər veriləcək