İyulun 25-i axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü E.Mirzəyev və 1990-cı il təvəllüdlü P.Alışovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimli APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən 2002-ci il təvəllüdlü P.İmanov saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalar Binəqədi Rayon Polis İdarəsində davam etdirilir.