Binada liftin qırılmasının təfərrüatları məlum olub

Bakıda dörd nəfərin xəsarət alması ilə nəticələnən onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub.

APA xəbər verir ki, hadisə zamanı liftdə yeddi nəfər olub.

Sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Aşur Məmmədov gəlib.

Hadisə zamanı yeddi nəfərdən dördü xəsarət alıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.