Bir həftə əvvəl su kanalında batan 13 yaşlı uşağın cəsədi tapılıb

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 20-də həmin ərazidə batan 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin cəsədi FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb və oradan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqalə

“Memar Əcəmi” stansiyasında 65 yaşlı sərnişin ölüb

Sonrakı məqalə

Daha bir cüdoçumuz Avropa çempionu olub