“Bitki çaylarını tez-tez içmək qastrit yaradır” –HƏKİM

“Mədə qastritlərinin əsas yaranma səbəbi bakterial infeksion xəstəliklərə bağlı helikobakterlərdir”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov “Mədə xəstəlikləri” mövzusunda danışarkən deyib.

O bildirib ki, bu infeksiya əsasən qaynanmamış sudan, yaxşı bişməmiş yeməklərdən düşə bilər:

“İkincisi, ağrıkəsicilərə bağlı yaranan qastritdir. İnsanlar ağrıkəsici qəbul etməyi çox sevirlər. Lakin bunlar mədədə kimyəvi proseslərə səbəb olur və qastrit yaradır”.

Mütəxəssis bitki mənşəli çayların tez-tez qəbul edilməsinin də qatritə səbəb ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, limon, zəncəfil və digər çayları içən zaman öd mədəyə geri axır və mədəni zəhərləyir. Beləliklə də qastrit yaranır.

Əvvəlki məqalə

Prezident İlham Əliyev və Nikol Paşinyanın görüşü başlayıb – FOTO

Sonrakı məqalə

Laçında istehsalı olan qadağan edilmiş 1318 mina aşkarlanıb