“Biz Avropa İttifaqı Şurasının Prezidentinin rolunu yüksək qiymətləndiririk” –Hikmət Hacıyev

Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tviter hesabındakı paylaşımında qeyd edib.

“Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, – deyə Prezidentin köməkçisi paylaşımında bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.