Blinkenin köməkçisi Azərbaycanla münasibətləri Mirzoyanla müzakirə edib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı olub.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar.

Karen Donfrid Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım etməyə hazır olduğu vurğulanıb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və sərhəd təhlükəsizliyi, eyni zamanda, regionun nəqliyyat infrastrukturlarının blokdan çıxarılması məsələlərinə toxunublar.

Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Karen Donfridlə telefon danışığı olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.