ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson Azərbaycan səfər edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson aprelin 19-21-də Azərbaycanda səfərdə olacaq.
Səfirlik bildirib ki, amerikalı diplomat Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev və digər hökumət rəsmiləri ilə görüşəcək.
“Dövlət katibinin köməkçisinin müavini Olson ABŞ-nin Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq. Regiona səfəri zamanı o, həmçinin, Ermənistan və Gürcüstana səfər edib. Xanım Olson Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Dövlət katibi Blinken, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasındakı görüş və mart ayında dövlət katibinin bu iki ölkə başçıları ilə telefon danışıqlarını irəli aparmaq üçün əsas maraqlı tərəflərlə görüşür”, – səfirliyin məlumatında qeyd olunub(apa).